Ciğatı
Bir yaz günü kənarından keçdim mən,Gülab təkin sularından içdim mən.Bir son bahar diyarından köçdüm mən,Gözəlləri gözəllədən Ciğatı.
Meşələrin gəzdim, gördüm səfasın,Oxuyarkən “Emil Zola” naməsin“Çar oymağın” duydum səsin, sədasınQruslardan axıb gələn Ciğatı.
Qalmadı ah, o diyarda bu səfər,Nə özümdən, nə sözümdən bir əsər.Yenə haman “Kak Mirzə”yəm, dərbədərƏtəklərin yerə sərən Ciğatı.
Deməm bu gün bu sözlərin yeridi,Sanma “Mirzə” bir sümük, bir dəridi.Ətim, yağım “ağalıq”da əridi,Qan-yaş tökdüm, ətək-ətək Ciğatı.
Qaranquşlar yenə gəlir bahardaYavan çörək yeyir çoban naharda.Kimlər ölmüş, kimlər qalmış diyarda?Söylə görüm, mavi örpək, Ciğatı.
Durur yenə bir qapılı daxmalar?Yarı gecə yenə qoyub qaçan var?Gəlir səhər su doldursun gözəl yar?Həyətlərdə vardır pətək, Ciğatı?
Bəzəyisən köhnə, əski diyarın,Azalmasın görüm duru suların.Silmə, aman, yarın nəqş və nigarın,Çalxalanma, bircə utan, Ciğatı.
Bir də görüm çiçəklənir göy çəmən!Nə haldadır o şəbnəmli yasəmən.Ondan bir səs, ya bir ətir gətirsənSon baharlar qan ağlayan, Ciğatı.
O günlər ki, şuğum bütün rəngiyləGözlərinin aynasında düşərdi.Düşünərdi, şirin-şirin gülərdi,“Kak Mirzə”də pullu, zəngin bir ərdi?
O günlərdən keçmiş artıq çox zamanBatan gündü, üfüqlərdə hər bir an.Gecə köçüb, gündüz qonan karvan.
Geri dönməz, qurmaz qızıl ocağın,İşıldatmaz, sarışın ay çırağınÖpməz birdən günəş yayın yanağın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-cigati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir parça*Sökülmüşdü dan yeri, çöl quşları ötürdü,
1945-ci ildəSöndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?
Bir toxucu qızaUçub rəngin qızım, səsin kallaşıb,Kölgələnib gözəl, ala gözlərin,
BasqınÇən basıb dağları, sərindir havalar,Payız zamanıdır köçüb obalar.
Стихи других поэтов · О природе
Xuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Ey fələk, dövründə neyçün ol nigar əldən gedərEy fələk, dövründə neyçün ol nigar əldən gedər,Qanım ilən əllərin qılmış nigar, əldən gedər.
Məhəbbət yaşa baxmırMus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,