Ey fələk, dövründə neyçün ol nigar əldən gedər,Qanım ilən əllərin qılmış nigar, əldən gedər.

Dün dedi zahid mana: "neyçün könül verdin ona?"Neyləyim, görgəc yüzünü ixtiyar əldən gedər.

Bülbüla, gül dövridir, əfğan edər çox mürği zar,Nalə qıl, oturma, vəqti-mürğizar əldən gedər.

Ey könül, hicran ilən ömrün tükənsə ğəm yemə,Neylərəm ömri-əzizi, çünki yar əldən gedər.

Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, çünki yarın eylədi əzmi-səfər.Rüzü şəb ah et ki, yari-qəmküsar əldən gedər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви