Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs,Olmasın eşqindən ayru təndə canım bir nəfəs.

Ey pəri, hərdəm nigəhban qapuna hacət degil,Kim yetər küyində hər şəb naləvü ahim cərəs.

Neylərəm eşqindən ayru dünyənin ləzzatini,Kim hüzuri-dil ğəmi-mehrin mənim könlümdə bəs.

Çün əzəldən eşqiniz canımda həqdəndir nəsib,Həq bilür kim, ta əbəd könlümdə vardır ol həvəs.

Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, ğəm yemə, hər sözdə şükr et xaliqə,Çün sana hər işdə daim həqqdir fəryadrəs.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви