Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.
Nalələr kim, gecələr ta sübh olunca eylərəm,Qorxuram hicrindən anun razi-pünhanım açər.
Necə sərxoş olmasun dövrindən anun dilbərim,Nərkizi-məstaniniz kim, su kimi qanım içər.
Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi,Eylə Məcnunəm ki, Məcnun görsə həm məndən qaçər.
Макта — последний бейт с тахаллусом поэта. Çox yaşagil, çün mənə yar olmadın, ey səngdil,Bu Xətai oldu qəhrindən sənin zirü zəbər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-ey-gunes-husnin-xeyali-ta-ki-konlumden-kecer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva,Həm anın şənində münzəl ayəti-şəmsül-züha.
Ta ki, dərdindən olubdur yürəgim sədparələrTa ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,
Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlərTa ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alurTa kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.