Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.

Nola gər hüsnindən alsa zərreyi-nur afitab,Kim bəli, daim ğənilərdən nəva möhtac alur.

Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla,Hinduyi-zülfin ki, mülki-Rumidən tarac alur.

Ta əyağın tozu tək qanunda məskən dutmuşam,Bu səadətdən mənim bəxtim mələkdən bac alur.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai Kəbeyi-kuyində tapmışdır şərəf,Hacıtək könlüm təvafi-kuyinizdən hac alur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви