Uçub rəngin qızım, səsin kallaşıb,Kölgələnib gözəl, ala gözlərin,Çıx günəşə, qaranlıqdır karxana,Uzaqlardan eşitmirəm sözlərin.

Yetər qızım, toxuduğun xalçalarAynabəndli salonları süslədi.Əməklərin, incə, solğun əllərin,Bir çox zəngin ağaları bəslədi.

Nazik, ipək xalçaların gül açdı,Otağında hər gəlinin, hər bəyin,Bəzədinsə məclisləri de görüm,Zavallı qız, bu dünyada var nəyin?

Nə vaxtadək ac qarınla işləyib,Yorğun əllər sərf edəcək min əmək.Eşidibsən bu məsəli babadan:“Çılpaq gəzib, özgələri süsləmək.”

Sən yaşında olan qızlar güllənir,Nədən solmuş açan gülün tez sənin.Məxmər geyib zənginlərin qızlarıNədən məxmər onlar üçün, bez sənin.

Rəngin uçub, dodaqların göyərib,Gül, günəşlən, açsın solmuş güllərin.Gəl, quş kimi qanad açıb uzaqlaş,Qızıl günəş öpsün sarı tellərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе