Çini fincan, sənin sədəf rəngindəQızıllanan səhərlərin şövqü var.Sənin nəqş və nigarında xəyalın,Tilsimli, yaşıl bağı gül açar.

Söylə görüm, hankı əllər çəkibdirBir sarışın, gül üzlünün nəqşini?Hankı qələm qızıl rəngə boyayıbBir şairə layiq qılıbdır səni?

Çini fincan, o kəhrəba gözəllik,Hankı günün, hankı ayın nurudur?Gur saçların gül üzünə dağıdan,Pərimidir, söylə, yoxsa huridir?

Çini fincan, çini fincan söndürmə,Üfüqündə yanan o al rəngləri.Çini fincan, təbah olma, qırılmaTəbah olur yoxsa hünər əsəri?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов