Bir-bir eşidib sözün atası,Bildi ki, qəbul olur duası,

Əfzun olur ol qəmü məlamət,Mümkün degil oğluna səlamət.

Çox qıldı fəğanü naləvü zar,Oğlundan ümidi kəsdi naçar.

Ol pir qalıb orada heyran,Məcnun tutuban rəhi-biyaban,

Tənha səfər ixtiyar qıldı,Əzmi-səri-kuyi-yar qıldı.

Gündüz gözü yaşı hadiyi-rah,Gecə yolu şəm'i şö'leyi-ah.

Gərdi-rehi-yari yad edərdi.Gəh otura, gəh dura gedərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов