Bu, Məcnunun me'raci-fəzailidir və bəyani-mərtəbeyi-hüsni-xəsailidir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Şahənşəhi-mülki-möhnətü dərd,
Yə'ni Məcnuni-dərdpərvənd
Bir pak idi ki, bu ərseyi-xak
Onun kimi görməmişdi bir pak.
Mömureyi-qürbi-Həq məqamı,
Ərvaha fərizə ehtiramı.
Çün nifrəti-şəm'-nəsli-adəm
Qıldı ona vəhşəti müsəlləm,
Hər vəhşi donunda bir firiştə
Yar oldu ol adəmisiriştə.
Zahirdə rəfiqi vəhşlə teyr,
Batində məlaik ilə həmseyr.
Qılmışdı kəmali-e'tidali
Kəsrət ələmindən onu xali.
Çəkməzdi cahanda ol cahangərd
Əndişeyi-gərmü qüsseyi-sərd.
Bilmişdi cahanın e'tibarın,
Yox yerinə satmış idi varın.
Tutmuşdu təriqi-əhli-tövhid,
Bulmuşdu kəmali-tərkü təcrid.
Olmuşdu vücudi-pakı pürnur,
Alayişi-əklü şürbdən dur.
Təhsil qılıb səfayi-siyrət,
Görmüşdü məcazdan həqiqət.
Ə'yana yox idi e'timadı,
Nəqqaş idi nəqşdən muradı.
Mövzun idi təb'İ-nüktədam,
Hər nüktəde vaqifi-məanı.
Avazi idi bəsi mülayim,
Üslubu dürüst, üsulu qaim.
Təhrir ilə hər çəkəndə avaz,
Quşlara tutardı rahi-pərvaz.
Gahi qəzəlü gəhi qəsidə
İnşa qılıb ol sitəmrəsidə
Suz ilə oxurdu gahü bigah,
Bir neçə əziz onunla həmrah,
Yazarlar idi təmam şe'rin,
Oxurlar idi müdam şe'rin.
Aləmlərə ol qəribü məhcur
Əksər bu səbəbdən oldu məşhur.
Avaziyü zehniyü cəmalı
Qılmışdı müqəyyəd əhli-halı.
Kim olsa bu üç kəmala qabil,
Demək olur ona zati-kamil.
Peyvəstə qılıb kəmalın izhar,
Bu beytləri qılırdı təkrar:
Bu qəzəl Məcnun dilindəndir
Biz cahan mə'murəsin mə'nidə viran bilmişiz,
Afiyət gəncin bu viran içrə pünhan bilmişiz.
Gər özün dana bilir təqlid ilə surətpərəst,
Aləmi-təhqiqdə biz onu nadan bilmişiz.
Bixəbərlər şərbəti-rahət bilirlər badəyi,
Biz həkimi-vəqtiz, onu tökmüşüz, qan bilmişiz.
Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa,
Ol zamandan kim, onu mülki-Süleyman bilmişiz.
Ayrı bilmişsən, Füzuli, məscidi meyxanədən,
Sehv imiş ol km, səni biz əhli-irfan bilmişiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-66
Клавиши ← → для перехода, R — случайное стихотворение