Bu, Leylinin Məcnun ətvarına təhsinidir və hüsni-e'tiqadına hüsni-yəqinidir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Leyli dedi: "Ey vücudi-kamil,
Qürbi-Həqə ismət ilə qabil!
Me'raci-kəmalını sınardım,
Keyfiyyəti-halını sınardım.
Oldum necə olduğundan agah,
Xoş mərtəbədir bu, barəkallah!
Əhsəntə ki, zati-pak imişsən,
Pakizə vücudi-xak imişsən.
İnsaf həmin ola qənaət,
Təskini-bəvaya istitaət.
Eşqində riya güman edərdim,
Ətvarını imtəhan edərdim.
Əlminnətü lillah oldu mə'lum,
Vəsl olduğu məşrəbində məznıum.
Qəmnak idim, eylədin məni şad,
Bu qeyd təəllüqündən azad.
Bir qafili-xudpərəst idim mən,
Cəh! ilə müdam məst idim mən.
Arayişi-zülfü xal edərdim,
Peyvəstə munu xəyal edərdim
Kim, sən tələbi-vüsal edərsən,
Nəzzareyi-zülfii xal edərsən.
Hala mənə rövşən oldu halın,
Me'raci-həqiqəti-kəmalın.
Mən bəslədigim bu zülfü xalı,
Çeşmi-siyəhü Üzari-alı
Öz canım üçün degil, şəbü ruz,
Nezri-nəzərindir, ey diləfruz!
Ta eyləyəsən dəmi nəzarə,
Təskin verəsən dili-figarə.
Həm sən olasan murada vasil,
Həm ola mənə səvab hasil.
Yoxdur çü nəzarə meyli səndə,
Neylər bu cəmali-xub məndə.
Tən dürcünədir düri-rəvanım,
Gənci-bədənimdə nəqdi-canım
Derdim ola sərfi-rəhgüzarın,
Gördükdə rəvan qılam nisarın.
Tövfiqü vüsalın edəm idrak,
Əndişeyi-hicrdən olam pak.
Hala ki, müyessər olamaz kam,
Olmaq nə rəva arada bədnam?
Nəsxi-xəti-e'tibar qıldım,
Rahi-ədəm ixtiyar qıldım.
Ta necə verə qübari-surət
Ayineyi-zatıma küdurət?
Vəqt oldu ki, rövşən ola mir'at,
Müstəğni ola süfatdan zat.
Vəqt oldu bu qönçə ola xəndan,
Tə'sir edə sübhi-feyzi-canan.
Xunabi-qəmilə doldu könlüm,
Qönçəsifəti tutuldu könlüm.
Fərz oldu ki, tey qılam büsatım,
Qət' edəm özümdən ixtilatım.
Sitri-tətı edəm ədəm hicabın,
Rüxsara çəkəm fəna niqabın.
Ta hüsni-rüxüm ki, istəməz yar,
Olmaya nəsibi-çeşmi-əğyar.
Zira ki, nəsibi-hüsni-qabil
Oldur, ona aşiq ola mayil.
Hüsnümdə çü yox qəbuli-aşiq,
Nöqsan ilə olmağım nə layiq?"
Bu hala münasib ol pərizad
Filhal bu şe'ri etdi bünyad:
Bu qəzəl Leyli dilindəndir
Nə dilbər kim, dəmadəm aşiqə ərzi-cəmal etməz,
Qalır naqis, bulub feyzi-nəzər kəsbi-kəmal etmə.
Degil cəzb etməyən üşşaqı mə'şuq olmağa qabil,
Nə hasü hüsni-surətdən ki, cəzbi-əhli-hal etməz.
Gərək rüxsareyi-mə'şuq məxfi qeyri-arifdən
Ki, arif olmayan idrak sün'i-zülcəlal etməz.
Həvayi-vəsldir kim xublər vəslinə talibdir,
Və gər nə, eşqi-kamil fərqi-hicranü vüsal etməz.
Olan nəqdi-həyatın aşiqin mə'şuqə sərf eylər,
Bu zülmü, ah, əgər mə'şuqinə aşiq həlal etməz.
Məcaz əhlinə xublar cilveyi-naz eyləsinlər kira,
Özün əhli-həqiqət mübtəlayi-xəttü xal etməz.
Füzuli, aləmi-surətdə sərgərdan gəzər zahid,
Zəhi qafil, bu sevdanın sərəncamın xəyal etməz.
Təmamiyi-süxən
Xətm eyləmədən sözünü ol mah,
Bir naqənişin göründü nagah.
Naqə ilə bir nəfər səbükxiz,
Gördü ki, gəlir nəsimtək tiz.
Bildi büti-gülrüxü səmənbuy
Kim, özü üçündür ol təlcü puy.
Bildi ki, rəqib bədgümandır,
Ənduhi-dilü bəlayi-candır.
Ol mahivəş olduğunda qaib
Olmuş ona sürət ilə talib.
Gülzara hənuz yetmədən xar,
Gül qıldı vidayi-səhni-gülzar.
Ol halına vaqif olmadan qeyr,
Təprətdi cəmazeyi-səbükseyr.
Cuyəndə görüb ol afitabı,
Tərk etdi şitabü iztirabı.
Tövfiqi-murada oldu xoşdil,
Düşdü önə, qıldı əzmi-mənzil.
Şəhbazı yetirdi aşiyana,
Tapşırdı nihah bağibana.
Məcnun yenə qaldı zarü məhcur,
Həmsöhbəti marü həmdəmi mur.
Nə durmağa taqətü qəran,
Nə gəzməyə əldə ixtiyarı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-65
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur,Sonra yüz lütf ilə könlü açılır, xəndan olur.
Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigarMünşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar,Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar.
Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi1Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi,
Gəldi ol İsa kim, ondandır həyati-əhli-halGəldi ol İsa kim, ondandır həyati-əhli-hal,Yoxdur onsuz xəlq cismində həyatə ehtimal.
Стихи других поэтов · О любви
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.