Bu, Leyliyə Məcnunun istiğnasıdır və isbati-səfayi-imlasıdır
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Məcnun dedi: "Ey büti-pərivəş!
Xaşaki-zəifə urma atəş!
Yandırmağıma yetər xəyalın,
Yoxdur mənə taqəti-vüsalın.
Zinhar, gətirmə, ey səmənbər,
Ayineyi-arizin bərabər.
Bir zərrəyə kim, vücud yoxdur,
Ayinədən ona sud yoxdur.
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü yaşırdm, ey hur!
Hala ki, nəzarən oldu müşkil,
Durmaq nə üçün mənə müqabil?
Eşq etdi binayi-vəsli möhkəm,
Mə'nidə məni səninlə həmdəm,
Rəf oldu bu e'tibari-surət,
Haşa ki, olam şikari-surət.
Ləzzət rüxi-yari-dilsitandan
Candır bulan, ey diriğ candan!
Canım gedəli bəsi zamandır,
Cismimdəki indi özgə candır.
Sənsən hala tənimdə canım,
Gözdə nurim, cigərdə qanım.
Məndən bəri eylədin məni sən,
Ərzə kimə eyləyim səni mən?
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki var - sənsən!
Daim sənə məndədir təcəlli,
Mən qeyrdən olmuşam təsəlli.
Gər mən mən İsəm, nəsən sən, ey yar?
V'ər sən sən isən, nəyəm məni-zar?
Çün mən olubam səninlə məmlu,
Vəhdət rəvişində xoş degil bu
Kim, dışrada istəyəm nişanın,
Bir özgə məkan biləm məkanın.
Əvvəl bu işi edəndə bünyad,
Mən tifl idimü zəmanə ustad.
Etmişdi sənə məni müqəyyəd,
Guya oxudurdu dərsi-əbcəd.
Hala qılıbam kəmal hasil,
Əbcəd səbəqin oxurmu kamil?
Çün yetdi kəmala sərxəti-eşq,
Sərxət görüb ancaq eylərəm məşq,
Rüsvalığa çün mən etmişəm ad,
Sən həm bu süluki etmə bünyad.
Tut pərdeyi-ismət içrə aram,
Rüsvay mənəm, sən ol nikunam!
"Məcnun" mənə derlər əhli-aləm,
Ancaq mənədir cünun müsəlləm.
Sən olma fəsaneyi-xəlayiq,
Məcnun işi Leyliyə nə layiq?
Məcnun mənəm, ey vəfalı dildar!
Divanəliyə mənəm səzavar!
Sən eyləmə halını digərgim,
Leyli nə rəva ki, ola məcnun?
Qəmxarsan, ey büti-pəriru,
Qəmxarlığın həmin yetər bu
Kim, pərdənişin olub həmişə,
Daim qılasan hicab pişə.
Gün kimi çıxıb müdam seyrə,
Göstərməyəsən cəmal qeyrə
Kim, səndə nə olsa rəsmü adət,
Ətvarımadır mənim şəhadət,
Mən eşq güzərgəhində xakəm,
El cümlə bilir məni ta, pakəm,
Rəhm et mənə, ey büti-vəfadar,
Tə'n əhlinin ağzın açma, zinhar!
Çün mən rəhü rəsmi-eşq tutdum,
Namus təriqini unutdum.
Namusunu saxla hər xətəldən,
Sən əql ətegini qoyma əldən".
Təqrib ilə oləsiri-məhcur
Bu nadirə şe'ri etdi məzkur:
Bu qəzəl Məcnun dilindəndir
Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,
Könüldən dışra bir yar olduğun aşiq xəyal etməz.
Həqiqi eşq çün müstövcibi-nöqsan degil, mütləq,
Özün əhli-həqiqət valehi-hüsnü cəmal etməz.
Kəmali-eşqə talib möhtərizdir hüsni-surətdən
Ki, qeydi-hüsni-surət aşiqi sahibkəmal etməz.
Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq
Ki, aqil iftiraqı mümkün ilə ittisal etməz.
Könüldə dust təmkin bulsa, olmaz gözdə cövlanı,
Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz.
Səvadi-masivadan lövhi-dil xali gərək daim,
Müvəhhid səfheyi-idraka nəqşi-xəttü xal etməz.
İradət zaye etməz əhli-mə'na surətən hərgiz,
Həqiqət cövhərin cəhli-məcaza payimal etməz.
Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli,
Füzuli kim, müqəyyəddir, məgər idraki-hal etməz?
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-64
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Durum dolanım başına,Aşiqindən küsən dilbər!
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Viranə Şəmaxidə mənə gənc tapılmazViranə Şəmaxidə mənə gənc tapılmaz,Bir gənc bu viranədə birənc tapılmaz.