Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar,Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar.
Büq’eyi-Bağdadın etmiş künyətin Darüs-səlamKim, ona təslimü təhsin edə hər kişvər ki, var.
Övliya bürci demiş vəsfin ki, xaki-əşrəfiBüq’ə-büq’ə övliya-üllahə olmuşdur məzar.
Həbbəza Bağdadi-xeyrəncam cəm’iyyətəsərKim, olubdur məzhəri-asari-feyzi-kirdigar.
Həm xilafət hökmünü, həm səltənət fərmanınıBundan etmiş aləmə cari-müruri-ruzigar.
Bundadır baqi nişani-mö’cizi-xeyrül-bəşər,Taqi-kəsra, nüsxeyi-mülki-müluki-kamkar.
Bundan olmuş höccəti-hökmi-xilafət müntəvi,Bundadır xaki-xilafətxizi-xətmi-çar yar.
Bunda bağlamış qəza şəmşirini sultani-Rum,Bunda salmış sayeyi-iqbal Şahi-zülfüqar.
Bunda qılmış sirri-həqq zahir şəhidi-Kərbəla,Bundadır təhqiqi-sidqü kizb üçün darül-iyar.
Bunda olmuş müntəşir feyzi İmami-Ə’zəmin,Bunda olmuş bəhreyi-elmi-şəriət intişar.
Bundadır Mə’rufə sərmənzil, Cüneydə cilvəgah,Bundadır Bəhlulə zənciri-cünun, Mənsurə dar.
Dəştin etmiş seyr min Hatəm kimi səhranişin,Şəhrin etmiş təxt min Nuşirəvantək şəhriyar.
Bunda olmuş seyti-ehsanü kərəm afaqgir,Bundan olmuş mə’dələt rəsmi şiya’ü iştihar.
Səhni-səhrasında min Leyliyü Məcnun cilvəgər,Kuhsari üzrə min Şirinü Xosrov badəxar.
Hər qəribə nazənin şəhrü vilayati vətən,Hər mizacə mö’tədil abü həvasi sazikar.
Türbəti-məqbuli bərrü facirə tə’sirbəxş,Xaki-paki-surəti hər ziynətə ayinədar.
Bu mücərrəbdir ki, bulmaz zülm bunda imtidad,Bu müqərrərdir ki, olmaz bunda zalim payidar.
Gərçi bir qaç gün fələk xeyli-bəla tə’yin edibQılmaq istərdi bu mülkün rəxti-eyşin tarümar,
Küfr müstəvli olub, qılmışdı islami zəbun,Cəhl istila bulub etmişdi əhli-elmi xar.
Tutdu dəsti-naleyi-məzlum dövran damənin,Saldı dudi-ahi-dil ayineyi-çərxə qübar.
Çərx filhal oldu ol rə’yi-qələtdən münfəil,Dövr filfövr oldu ol fikri-xətadən şərmsar.
Lütfi-İyzəd şamili-əhvali-əhli-fəqr olub,Qıldı feyzi-ədl ilə tədbiri-iczü inkisar.
Bayir olmuş mülkə tə’yin etdi me’mari-xirəd,Susamış gülzarə irsal etdi əbri-növbahar.
Badipayi-əzmi-kişvərgiri-aləmgərd ilə,Köhli-ə’yani-əcəm qıldıqda xaki-rəhgüzar,
Qıldı məşhuri-ərəb fəthi-əcəm tarixini,Gəldi Bürci-övliyayə padişahi-namidar.
Rövşən etdi ədldən hər guşəsində min çirağ,Cari etdi feyzdən hər mülkinə min cuyibar.
Ol şəhanşahi-fələktabe’ ki, vermiş dövlətiBəhrü bər hökmündə xirşidə livayi-zərnigar.
Həddi-zati iqtidari-mavərayi-rəsmi-əql,Rəsmi-feyzi-fitrəti mafövqi-həddi-iqtidar.
Fevz gülzarında bir sərsəbz nəxli-barvər,Feyz dəryasında bir pakizə dürri-şahivar.
Hər nə kim, aləm ona möhtac, ol ondan qəni,Hər nə onunla təfaxür xəlqə, ondan ona ar.
Mülki-istiğnadə feyzi-ne’mətindən layəzalXazini-gərdunə lazim səddi-babi-iftiqar.
Cilvəgahi-övci-iste’ladə vəhmindən müdam,Badipayi-xoşxürami çərxə bimi-e’tibar.
Padişahi-bəhrü bər Sultan Süleymani-vəli,Sərvəri-sahibnəzər, şahənşəhi-şəfqətşiar.
Ol nihali-gülşəni-dövlət ki, şaxi-gül kimiLütfü qəhrindən verir əhbabə gül, ə’dayə xar.
Hər cəhətdən zati-paki nöqteyi-pərgari-mülk,Hasil onda hər tərəf yümni-yəmin, yüsri-yəsar.
Baniyi-hikmət ki, ərkani-ənasirdən müdam,Çar divari-sərayi-sən’ət eylər üstüvar.
Salmadan kuhi-şükuhindən onun səngi-əsas,Hər bina zimnində istehkamə qılmaz e’tibar.
Yeddi əxtər kim, qəza əmrin sərəncam etməgəNaqətək qüdrət biyabanında çəkmişlər qətar,
Qət’i-rahi-Kə’beyi-məqsud edərlərsə nola,Ol qəzahökmü qədərfərmanə vermişlər məhar.
Münqəte’dir dəhrdən əsrində tədbiri-ümur,Mürtəfe’dir çərxdən dövründə təklifi-mədar.
Faş söylərlər ki, biz mə’zuliz əmrü nəhydən,Hakim oldur, ondadır fərman, onundur ixtiyar.
İstəsə gərdun gəzib ruyi-zəmini şərqü qərb,Nüsrəti-islam içün bulmaz onuntək şəhriyar.
Şər’ hifzində ətəmmi-mö’cizati-Müstəfa,Din zühurində şəriki-əcri-əshabi-kibar.
Olmasa mümkün fəzayi-ərseyi-ədlində seyr,Zülm edərdi dari-dünya əhlinə dünyayi dar.
Həq iki adil Süleyman hakim etmiş aləmə,Əvvəlü axir qılıb sirri-ədalət aşikar,
Ol Süleymanın şükuhi divə salmış rəstəxiz,Bu Süleyman səvləti küffari etmiş xakisar.
Ol Süleymana məhəlli-əzmdə məhmil həva,Bu Süleymanə zəmani-rəzmdə məhkum nar.
Aləmin vəsfin Süleyman mülki derlərsə nola,Çün Süleymandan Süleymanə qalıbdır yadigar.
Almağa qiymət verib yerdən qübari-dərgəhinÇərx tədbiri-ticarət eyləmiş leylü nəhar.
Ayü gündən keyl edib, xəlqi tutub şahid verir,Nurini peymanə-peymanə, alır ondan iyar.
Billah, ey dövlət ki, dərgahında məhrəmsən onun,Düşsə firsət, halim ol dərgahə ərz et zinhar.
Qılmışam tərtib səhni-sidqə min dürri-səna,Bulmazam rüxsət ki, dərgahə qılam bir-bir nisar.
Məndən ol qafil, ona mən ruzü şəb əhli-dua,Məndən ol fariq, ona mən müttəsil ümmidvar.
Ya Rəb, olmaz olamı axir bu dərdi-iştiyaq,Ya Rəb, olmaz olamı zail bu rənci-intizar?
Buldu aləm feyzi-amindən ilaci-dərdi-dil,Haşalillah kim, qala ancaq Füzuli dilfigar.
Var ümidim kim, ona həm ola şamil mərhəmət,Am olur, əlbəttə, feyzi-sayeyi-pərvərdigar.
Ta mədari-gərdişi-gərdun bulub imkani-dövr,Dəftəri-dövran edə hifzi-hesabi-həftü çar.
Həft əxtər edə əmri-padişahə inqiyad,Çar ünsür ola təb’i-padişahə sazikar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-munsiyi-qudret-ki-cekmis-xameyi-hikmetnigar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir dağə irişdi yolda nagah,Qəddinə libasi-vəhm kutah.
Bu, Məcnunun qəzal ilə məqalatıdır və eşq babında onunla olan halatıdırGördü ki, bir ovçu dam qurmuş,Daminə qəzallər üz urmuş.
Bu, Məcnunun kəbutərə şərhi-halıdır və ondan iltimasi-tədarüki-mafilbalıdırBu mənzilə yetdi zarü müztər,Bir damdə gördü bir kəbutər.
Bu, Leyli əhvalından bir xəbərdir və mə'şuqü aşiq ətvarından bir əsərdirSaqi, mütəəllimi-xumarəm,Müştaqi-şərabi-xoşgüvarəm!
Стихи других поэтов · О судьбе
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Bilməm, nə çarə eyləyim, ol bivəfa məniBilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Жена! Наш сын герой! Хвала ему! Хвала!Благодари судьбу, что сына нам дала!
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.