Bu mənzilə yetdi zarü müztər,Bir damdə gördü bir kəbutər.

Hər rövzəni-dami bir dəri-qəm,Min qəm mütəvəcceh ona hər dəm.

Məcnun ona baxdı, yandı canı,Yaşı kimi cuşə gəldi qanı.

Səyyadına eylədi təzərrö',Qurtarmağın eylədi təvəqqö'.

Səyyad dedi ki, mən fəqirəm,Fəqrə bu həmamətək əsirəm.

Haşa ki, bu mürği-tizrəftarAzad ola, mən qalanı giriftar.

Gər var İsə qiymətin əda qıl,Ondan bunu damdən rəha qıl!

Əvvəl məni eylə qüssədən şad,Ondan bunu dami-qəmdən azad!"

Var idi qolunda bir düri-tər,Şəffaf çü dideyi-kəbutər,

Verdi onu, aldı ol əsiri,Üftadənin oldu dəstgiri.

Sürtdü qədəminə çeşmi-pürxun,Onca ki, ayağın etdi gülgün.

Hər dəm ona ərzi-raz edərdi,Min nəğmeyi-şövq saz edərdi:

"K'ey tizpərü büləndpərvaz!Ərbabi-vəfayə məhrəmi-raz!

Bu rəngi-libasi-nilfamın,Ənduhü məlaməti-müdamın

İzhar qılır nişaneyi-qəm,Kim qıldı səni əsiri-matəm?

Gər aşiq isən, sən ey cahangərd,Qaçma ki, mənəra səninlə həmdərd.

Bir ləhzə mənimlə həmnişin ol,Gəncineyi-razimə əmin ol!

Başım tükün aşiyanə qılğıl,Göz yaşımı abü danə qılğıl,

Sən qasid imişsən, ey həmamə,Məndən həm ilət nigarə namə!

Gör hicri-rüxündə iztirabım,Peyğamım ilət, gətir cəvabım.

Billah, səri-kuyinə gedəndə,Hər cizginibən təvaf edəndə,

Yad eylə məni, səvabıma gir,Bir tövf səvabını mənə ver.

Qon xaki-dərinə, istə danə,Qıl özünə danəni bəhanə.

Olduqca məcalın etmə namus,Məndən yetir ol yerə zəminbus!"

Onca dedi ona həm qəmi-dilKim, qıldı onu həm ünsə mayil.

Başında olub şəb aşiyani,Gündüz olur oldu pasibani.

Zatında görüb nişaneyi-xeyr,Həm vəhş mütii oldu, həm teyr.

Ram oldu bəhaim ol figarə,Bir fövc yığıldı varə-varə.

Ol zar idi mülki-dərd şahi,Xeyli-dədü dam onun sipahi.

Olmuşdu bəşərdən öylə bizarKim, öz əksin sanırdı əğyar.

Dartıb göyə dudi-şö'leyi-ah,Öz sayəsin istəməzdi həmrah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов