Həmdi-bihəd dəmbədəm ol mübdi'i-əşyayə kim,

Xilqəti-imkan vücubi-zatini icab edər.

Gəh səvadi-girdbadi-qəhri xaki-tirəyi

Tutiyayi-dideyi-xurşidi-aləmtab edər.

Gəh nüzuli-qətreyi-barani-əbri-rəhməti

Yer yüzündə səbzeyi-pəjmürdəyi sirab edər.

Meydə müzmər eyləyib keyfiyyəti-təğyiri-hal,

Simbərlər zülfünü can qeydinə qüllab edər.

Canə həm, əlbəttə, ondandır bu iste'dad kim,

Rəğbəti-məhbubü pərvayi-şərabi-nab edər.

Ola kim, məqbul edə üzri-günahim, çün bilir,

Kim, əməl təklifini cəm'iyyəti-əsbab edər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви