Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndənBelə bədzamanə, hiyləi-əğyar,Qorxuram səni də yad eylər məndən

Səndən qeyri aşiqin bir mədarı yox,Can çıxıb cəsəddən ixtiyarı yox,Qərq oldum dəryaya, heç kənarı yox,Xof eylər görəndə adalar məndən

Mən Zakirəm, tərsa sevdim zalımı,Fələk əyib mənim qədd ü qalımı,Bəs mən kimə qılım ərzi-halımı,Küsübdür o mələkzadalar məndən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви