Aman allah, sevgi necə şirindi,Məcnun Leyli deyin bu dağı gözlər.Leyli vədə verdi, gələrəm dedi,Bir ildi sərbəsər bulağı gözlər.

Məcnun gözü qaldı Leyli qaşında,Yazıq canı yandı eşq ataşında,Çöl quşları yuva saldı başında,Tutulmuşdu nitqü qulaqü gözlər.

İman baxtı Leyli, Məcnun baxtıdı,Yarın hökmü şahü xaqan taxtıdı.Zimistan keçibdi, yaylaq vaxtıdı,Gələn qəflə-qatır ulağı gözlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви