Dilimin əzbəri, könlüm imdadı,Yad olan dilimdən Quranım hayıf!Fələyin dolanan gəc ruzigarı,Pozubdu işrətli dövranım, hayıf!

Əvvəl, zikrim idi mövlanın adı,Axır, bu dünyanın zülmü qoymadı.Sübhi-şəm çəkərəm ahü-fəryadı,Kəsilən ümidim, gümanım hayıf!

Çox cəfalar çəkdim, axır puç oldu,Hicrandan ürəyim gül kimi soldu.Novrəs İman dərdü-qəmə tuş oldu,Şad olmadı könlü-viranım, hayıf!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе