Nişanlı qız
Zülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,Atəşli düşüncələrlə inlər,Bəxtindən uzun şikayət eylər.Həsrətlə qucaqlayıb dizini,Yaqut üzüyə dikib gözünü,Ən haqlı bir etirazla ağlar,Fəryadı bu kainatı dağlar.Söylər: “Bu üzük mənə nişandır,Könlüm tək onun da bəxti qandır.Layiqmidir, ey həyat, – söylər, –Bir div ola bir pərilə həmsər?Heyvan kimi sərvətə satıldım,Suçlu kimi zindana atıldım.Ey taleyim, etmə gəl mənə naz,Qan qusmağa neylərəm qızıl tas?Mən yalğızam, ah, yox müinim,Dağ-daşları sızladır əninim.Söndürdü atam çırağımı, ah!Bir qönçə, tikanla oldu həmrah”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-nisanli-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gördüyün şən-şən ellər bizimdir!Qarlı dağlar, coşqun sellər bizimdir!
Hər şey varBu ölkədə nələr yoxdur görənə?Hər yan, hər şey bir-birindən gözəldir.
Bir az da atəş qat!Gənc xanəndəmiz Bülbülə*Nədir, nədir o gözəl səsdə titrəyən fəryad,
Əmək pərisinəDerdim ki, bahar olsun,Dağlar, dərələr dolsun