Hər şey var
Bu ölkədə nələr yoxdur görənə?Hər yan, hər şey bir-birindən gözəldir.O qartallı dağlara sor, nə deyir:Yüz min bahar gördüm, gəncəm bax yenə.
Baxsanız o beli çökmüş yamaca,Sinəsində şən quzular bəslənir.Çoban oxur, çalır, dağlar səslənir,Nə anladır o kəkliklər turaca?
Göy yamacın ətəyində kəndciyəz,Dörd yanında dalğalanır tarlalar,Ətir saçan çöl-çəmənlər, ovalar,Yaşıl bir atlasdır – ucu görünməz.
Bağlarında, bax, gül-gülü çağırır,Ətək-ətək noğul səpər hər ağac.Dağ başından günəş baxınca qıyğac,Quşlar durmur, sərsəm kimi bağırır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-her-sey-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.
Sənə qurbanQadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!
Qadasın aldığımSəhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.