Sənə qurban
Qadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!Gümüş neştər ilə tökdün qanımı,Nazik əllərinlə sil, sənə qurban!
Mal gedər otlayar dağın içində,Piltə şölə verər yağın içində,Bağbanı dindirdim bağın içində,Dedi: süsən, sünbül, gül sənə qurban!
Başına döndüyüm, gözləri xəndan,Turunclar baş verib çıxıb yaxandan,Dedim: gözəl, bir busə ver o xaldan,Acıqlandı dedi: al, sənə qurban!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-sene-qurban
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Verərsə çiçəkBaharda vərk
Ələsgər ocağındaAşıb getdik Kəlbəcərdən Göyçəyə,Atımızı dağa-daşa sürmədik.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,