Gəlin
Sən ki, bu qaydada belə gözəlsən,Yoxdu gözəllikdə sənə tay, gəlin!Qaşların kamandı, kirpiklərin ox,Ağ üzündə qoşa xallar, ay gəlin!
Haqq götürsün aralıqdan yamanı,Artsın seyrağıbın dərdi, amanı,Hər kim vursa sənlə mənim aramı,Düşsün evlərinə görüm vay, gəlin!
Abbas deyər: qızılgülü dərginən,Dərib-dərib sinəm üstə sərginən,Ağ üzündən bir cüt busə verginən,Hesab eylə qonşuluqda pay, gəlin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-gelin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?