Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indiNəcə ki pərvanə yanar çırağaMən ha yandım səni tutar qan indi

Qanlı yaşım axar müdam didəmdənQəmzələrin keçdi məcruh sinəmdənSən kimi məhvəşdən gözəl sənəmdənƏl götürmən çıxsa əgər can indi

Məcnun təki səhra gəzdim avarəVəsiyyətim budur sən gəl əzadarəQəm çəkməkdən düşdüm dərdə azarəÇarə bulmaz gəlsə yüz Loğman indi

Yar sevib vüsalinə irmədimBağçasının qunçə gülin dərmədimHəsrət qaldım cəmalını görmədimFirqətindən oldu ciyər şan indi

Düşmüşəm sevdadan qalmamış həvəsYavərim olmadı dünyada bir kəsEyd qurban gəldi oldu kəsa kəsSən də bu Bəndəni kəs qurban indi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке