Görmüşəm
Aradım Osmanı, gəzdim Əcəmi,Misri, İstanbulu, Şamı görmüşəm,Harda adı bəlli gözəl varsa da,Arayıb, axtarıb hamı görmüşəm.
Fironü Firdövsi, Həmrudü Şəddad,Onlar da dünyada qoydular bir ad,Yüsiflə Züleyxa, Şirinlə Fərhad,Bəhram ilə Güləndamı görmüşəm.
Mənə yarın hər sitəmi gözəldi,Ürəyimdə dərdi, qəmi gözəldi,Pərim qəşəng, gözəl, nami gözəldi,Çarü naçar o pəmamı görmüşəm.
Abbasam, sözlərim dilimdə əzbər,Həkk olub sinəmdə dərdim bir dəftər,Şahım, sizin olsun məscidü-mənbər,Mən gözümlə müsəllamı görmüşəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-gormusem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qar yağaraq dünya açmış ağ çiçəkNə qoyun var otlaqlarda, nə inək.
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
NişanədiHüsnün tamaşadı, ay mina gərdən,Camalın şövqünə ay nişanədi.