Gedər
Ay ağalar, gedənə bax, gedənə,Məni gözü yaşlı qoyub, yar gedər,Yüklənibdi qəflə-qatır, barxana,Sanasan ki, külli-aləm var gedər.
Bizim yerin bənövşəsi bitibdi,Heyf, cavan ömrüm başa yetibdi,Kəcavəsi gedib gözdən itibdi,Dəvə bozlar, sarvan ağlar, nər gedər.
Gəzdim alçaqları, gəzdim ucanı,Görüm yolda qalsın dəli Becanı,Yar yolunda qoyum bu şirin canı,Abbas ağlar, Pəri kimi yar gedər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-geder
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.