Biri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.İrəlidə gedən piyada ikinci səfdədir,Altı və iki (yəni səkkiz xanə) ədədin hər birişaha dəlildir.Altmış dörd xanəlik şahmat oyunu məclisi,Cümləsi ağ və qara rəngdədir.Şah bir xanədən artıq sıçraya bilməz,İrəliyə və geriyə qilü qalsız hərəkət edər.Vəzirin hərəkəti həm düz və həm də çəp olur.Onun meydanı geniş və uzundur.Fillərin hərəkəti daima çəp olar.Qalalar isə onların əksinə hərəkət edərlər.At iki xanədən artıq irəliləyə bilməz,Həmişə düz gedib yan tərəfə dönər – onunhərəkəti belədir.Müxalifi qarşısında görüncəBunların hər biri ona əzrayıl olar.Piyada tək addımla düz hərəkət edər,Öz hərifi ilə yanaşı olduqda mütləq vurular.Əgər düşmənin sahəsini keçərsəCəlallı vəzir olar.Əgər şah köməksiz və tək qalarsaDüşmən ona hücuma keçər.O artıq əsirdir, sən şahı mat say,Çünki onun ölüm günüdür!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həsən bəy

Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!

7 мин
Həsən bəy

Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.Vəkili-naməlumi-millət*

1 мин
Həsən bəy

Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın.15 fevral, sənə 1877*

1 мин
Hacı Mötəmədüddövləyə

Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm**Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

2 мин

Стихи других поэтов · Хвалебные