Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm

Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

Şahzadə! Nəvvabi-müstətabınız Məkkeyi-mükərrəmə və Mədineyimünəvvərədən qayıdarkən Tiflisdə mənim üçün Rəsuli-əkrəm səlavətüllahi əleyhin mədhinə yazmış olduğunuz qəsidəni oxudunuz. Mətlə beytinin birinci misrası belə idi:

“Ey göndərilmiş peyğəmbərlərin sonuncusu!”

O vaxt qəsidənin surətini sizdən istəməyə cəsarət etmədim. İndi ki, Şirazdasınız və bir neçə xoşnəvis katibləriniz hüzurunuzda vardır, xahiş edirəm ki, həmin qəsidədən bir nüsxəsini yazdırıb, yadigar olaraq mənə hədiyyə göndərəsiniz!

Şahzadə! Nəvvabi-müstətəbınızın fəzilət və kamalına mənim tam etiqadım vardır. Xüsusilə, həzrət-əşrəf şahzadənin təqva və zöhdü məni valeh etmişdir. Çünki siz tay-tuşlarınızın tamamilə əksinə olaraq, içkidən tamamilə imtina edirsiniz və pak ətəyinizi pis əməllərlə ləkələməyirsiniz. Lakin heyf olar ki, həzrət-əşrəf bu qədər elm və fəzilətlə əhlibatindən xəbərdar olmayasınız.

Yadınızda varmıdır ki, bir dəfə həzrət-əşrəfinizlə kalyaskaya oturub, knyaz Orbelianinin görüşünə gedirdik, yolda mən sizə ərz etdim ki, islam mütəfəkkirlərindən çoxu vəhdəti-vücuda inanırlar. Siz buyurdunuz: – Yəni Firon da allahdır?

Knyaz Orbelianinin evinə çatmışdıq, mən sizə cavab verməyə fürsət tapmadım. İndi həmin sualın cavabında Mollayi-Ruminin bu iki beytini yazıb, həzrət-əşrəfinizə göndərirəm:

“Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa Musa ilə müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa ilə Firon barışdı”.

Bu o deməkdir ki, Musa və Firon hər ikisi bir vücud idilər. Elə ki, öz əsillərindən ayrılıb zahiri aləmə gəldilər, bir-biri ilə müharibəyə başladılar. Lakin elə ki, yenidən öz əsillərinə qayıtdılar, yenə də həmin vahid vücud oldular.

O əsil hansıdır ki, bunlar ona tərəf qayıdacaqlar? Bu xüsusda Quranda ayeyi-şərifə vardır: (Biz allahdanıq və ona tərəf qayıdanlarıq). Burada Firon müstəsna olunmamışdır. O, dəxi, qayıdanlardandır.

Şahzadə! Allah eləməsin ki, mənim şəxsi etiqadım belə olsun! Mən bitərəfliklə mütəfəkkirlərin sözlərini nəql edirəm ki, Molla Əbdüssəməd Həmədani və Molla Hadi Səbzvari də o cümlədəndirlər. Əgər bu böyük adamların əsərlərindən əlinizdə varsa, oxuyun və əgər oxusanız, mənim sözümün doğruluğu mütləq sübut olunar.

Bir də sizə bildirirəm ki, həzrət-əşrəfinizin səmimi dostu, Bakının sabiq qubernatoru, mələk xasiyyətli cavan general Staroselski indi Qafqaz canişinliyinin ümumi idarə rəisi təyin olunmuş və ona tabe olan bizlərə gözəl günlər qismət olubdur.

1877-ci il martın 14-də, sizə riyasız ixlası
olan kolonel Mirzə Fətəli Axundzadə tərə-
findən yazıldı.

Şirazda məqamı yüksək, alinəsəb şahzadə Hacı mötəmədüddövlə Fərhad Mirzə – Fars əyalətinin fərmanfərmasına çatacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Con Stüart Mill azadlıq haqqında

İngilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir:– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.

3 мин
1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti

Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.

16 мин
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi

Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.

13 мин
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti

Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.

18 мин

Стихи других поэтов