Cananımın
Fələk rəğminə bir nəzərGörsəm üzün cananımın,Qalmaz dərdü ğəmdən əsər,Görsəm üzün cananımın.
Həddin ötdü intizarı,Qalmadı könlüm qərarı,Canü dil olsun nisarı,Görsəm üzün cananımın.
Edibdir ənduhi-hicran -Gərçi könlümü pərişan,Hər müşkülüm olur asan,Görsəm üzün cananımın.
Topu meydandan qopardım,Yıxılanımı yapardım,Könül istəyi tapardım,Görsəm üzün cananımın.
Dəvasız dərdin dəvasın,Binəva könlüm nəvasın,Tapam canım müddəasın,Görsəm üzün cananımın.
Dövləti-vəslinə fürsət -Tapıban məhv olsa firqət,Əmani, çəkməzdim həsrət,Görsəm üzün cananımın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehemmed-emani-gorsem-uzun-cananimin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Ala gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Ayrılıq ayrılıqdıBu ayrılıq, ayrılıqdı,istər elə, istər belə.
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
AyrıSəhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.