Bəri bax
Ala gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.Gecə-gündüz fikrim-zikrim, əzbərim,Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,Rəncü-məşəqqətə, bari-möhnətə?Haçandır düşmüşəm tari-zülmətə,Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,Hicran həsrətindən can oldu bimar.Razi-dilim edə bilməm aşikar,Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarıPərişandır, tapmaz o qəm küsarı.Ölsün, itkin olsun belə əğyarı,Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,Leylü-nahar, şamü-səhər peyvəstə,Ey yanağı lalə, ləbləri püstə,Ağzı nabat, şəkkər zəban, bəri bax!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-beri-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Çox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
چو بگشاید نگار من دو بادام و دو مرجان رابدین نازان کند دل را بدان رنجان کند جان را
Yazdımİçdim mərd əlindən eşqin badəsin,Bais oldu canda marağa, yazdım.
TürkdaşlaraSizə mən bağlıyam, ey sevgili yurddaşlarımız –Ey ulus eşqinə oddan keçən oddaşlarımız!