Duruban eşqilə güzar eylədim,Bir pərinin oldum mehman evində.Zərrəcə görmədim hörmət, izzətin,Qaldım elə, peşman-peşman evində.

Ta ki, məni gördü ol qəlbi qara,Çəkdi yaşmağını o gül rüxsara,Döndərdi üzünü, tutdu divara,Sanasan ki, yoxdur insan evində.

Dodağı şəkərdir, göftan şərbət,Nə fayda, eyləməz şirin məhəbbət.Məxlesi ki, yoxdur onda bir ləzzət,Boldur elə acı qəlyan evində.

Keçmə o dilbərin sən otağından,Tər bənövşə qoxar hər bucağından.Sanki bir guşədir cənnət bağıdan,Açılıbdır güli-əlvan evində.

Vaqif, bir kimsə ki, bizdən yaşına,Yəqin bil ki, bizlən olmaz aşina.Gəldiyimiz heç gəlmədi xoşuna,Tapdım mən halım ürfan evində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов