Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,Filməsəl, xələti-xaqani-Fridunə dəyər,Yaxası yaxa dolu lölöi məknunə dəyər,Müxtəsər hər ətəyi bir ətək altunə dəyər.

Çuxa çox görmüşəm, amma ki, bu babət, nə deyim,Kimsədə görməmişəm – qabili-qamət nə deyim,Eləyibdir kişi bu işdə qiyamət nə deyim,Göstərib dərzi bir əcazü kəramət, nə deyimKi, tamam kari-Ərəstuyü Fəlatunə dəyər.

Cənnət əsbabına, zahid, bu qədər müştərisən,Az danış, başım aparma, kişi, sən sərsərisən,Kor deyilsən, hələ bir sil gözünü, bax bəri sən,Sündüsi-xüzrilə tut bu çuxeyi-əxməri sən,Gör bunun hansı biri qiyməti-əfzunə dəyər.

Belə kim, bu çuxadır zivəri-fərxəndəliqa,Görməyib kimsə dəxi səlli-əla-ali-əba,Versin Allah bunu bəxş eyləyənə ömri-bəqa,Ləffü nəşrində mürəttəb fərəhü zibü-səfa,Pəri-tovusda olan adəti-qanunə dəyər.

Gər mənə başdan ayağa verələr hülleyi-hur,İç üzü gün kimi zər katibi, içi səmmur,Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur,Əl verib könlümə indi o qədər zövqü sürur,Cami-Cəmdə içilən badeyi-gülgunə dəyər.

Var imiş məndə əcəb taleyi-xoş, bəxti-niku,Bəxşi-ərzani olub eylə ki, gəldi mənə bu,Bundan iraq ola, yarəb, nəzəri-çeşmi-ədu,Hər geyib durmağı bir dilbərilə rübəru,Baği-cənnətdə olan tubiyi-mövzunə dəyər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов