Qış günü çünki dönər şol cənnətül-məvayə kürk,Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,Görünür ədna əgərçi himməti-valayə kürk,Eylə ki, püşak olur fəsli-şita əzayə kürk,Tən edər yüz faxiri-məlbuseyi-dibayə kürk!

Kürk olan yerdə cahanın rəxti-əlvanı nədir?Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir?Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir?Gərmü nərm adamların qucağı, ya yanı nədir?Rövzeyi-rizvanda bənzər hülleyi-hurayə kürk!

Gün bu gündən belə istər hiç təfvir etməsin,Badü bərfin istəsə təbdilü təğyir etməsin,Yazadək kimsə mənə otaq təmir etməsin,Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin,Oldu bir cövşən xədəngi-şiddəti-sərmayə kürk.

Pusitini-bərrə ki, büzğalə vəxti filməsəl,Eydi növruzi əyan etməkdədir bürci-Həməl,Dəxi sən lazım deyilsən, ey bahari-xoş əməl,İstəməm şimdən geri xahi gəlmə, xahi gəl,Artırıbdır yəni asayiş qədi-balayə kürk.

Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə,Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə.Xaneyi-ehsanı abadan ki, verdi can sənə,Tutma kəm, kim çox kərəmdir həm əzimü şan sənə,Fəxr qıl kim, padişahlardan gəlir paşayə kürk.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов