Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,Hökmü adil padişahi-qadirü qəhharə bax!

Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq,Gecəki iqbalı gör,gündüzdəki idbarə bax!

Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur,Payimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!

Qurtaran əndişədən ahəngəri-biçarəni,Şah üçün ol midbəri təbdil olan mismarə bax!

İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda,Ta həyatın var ikən nə şahə,nə xunxarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,Nə qıza,nə oğula,nə dustə,nə də yarə bax!

Макта — последний бейт с тахаллусом поэта. Vaqifa,göz yum cahanın baxma xubü ziştinə,Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе