Harda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.Tutam zülfün ucun, dönəm başına,Bağrımı oduna büryan eyləyəm.

Mən bilirəm qədrin sərxoş cavanın,Həlqə-həlqə zülfün, tər zənəxdanın.Bu gül əndamlının sərvi - rəvanın,Durum yerişinə seyran eyləyəm.

Mən onun dərdinə oldum mübtəla,Şəmi xiyalıma o verir ziya,Xublardan ki, mənə gəlsə hər bəla,İstəməm ona mən dərman eyləyəm.

Xublara vermişəm din-imanımı,Şövkətü-şanımı, adü-sanımı,Cəllad tək gözləri alsa canımı,Namərdəm mən əgər aman eyləyəm.

Vaqifə rəhm eylə bari, ilahi,Agah et dərdimdən ol üzü mahi,Qədəm basıb bizə gəlsin nagahi,Bir gecə mən onu mehman eylərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов