Ey ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,Əldən getdi tutidilli həmdəmim,Qarğu tək saralıb solan mən oldum.

Hanı mənim şirinləhcə həmdəmim,Gün-bəgündən artar möhnət ü qəmim,Nuh təki girdabə qərq oldu gəmim,Xızr tək dəryayə dalan mən oldum.

Fələyin əlindən gedərəm dadə,Qayğım çoxdur, dərdim həddən ziyadə,Məcnun kimi biyabanda, səhradaLeyli-Leyli deyib qalan mən oldum.

Əğyar nakəs idi, mən oldum bikəs,Dal qılınclasan, başımı kəs, ha kəs,Bir zaman yar ilə etdiyim həvəsQafil yadə düşüb gülən mən oldum.

Şeyda bülbül nə'rə çəkər: ah... nə!Bundan artıq cəbr olur daha nə?Mehdiyəm, ərz edin şahlar şahınə:Əzəl doğru, sonra yalan mən oldum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов