چو بگشاید نگار من دو بادام و دو مرجان رابدین نازان کند دل را بدان رنجان کند جان را

Açarkən sevgilim bir cüt badamla iki mərcanı,Bununla könlümü oxşar, onunla incidər canı.

من و جانان به جان و دل فرو بستیم بازاریکه جانان دل مرا داده است من جان داده جانان را

Könüllə canı mən cananla qoyduq, bir bazar açdıq,Mənə canan könül verdi, mən ol canana bu canı.

چو نار کفته دارم دل بنار تفته آگندهاز آن گاهی که دل دادم نگار نار پستان را

Yarılmış nar kimi köksüm, müdam odda yanar canım,Gözüm tutdu, könül verdim, sevib gülöyşə püstanı.

من از مژگان بیارایم به مروارید و مرجان رخچو از سی و دو مروارید بردارد دو مرجان را

Çəkəndə iki mərcanı otuz iki dür üstündən,Verər zinət üzümə gözlərinin dürrü, mərcanı.

نشاند اندر دل من دوست زهرآلود پیکانیکه جز با جان ز دل نتوان کشیدن نوک پیکان را

Zəhərli bir ox ilə sevgilim qəlbimi deşmiş ki,Çıxartmaq candan özgə şeylə olmaz, bil o peykanı!

من آن مرجان جانان را به جان و دل خریدارممگر نازان کند روزی بدو این جان رنجان را

Verib qəlb ilə canı, alsam o mərcanı canandan,Olardı bəlkə bir gün xəstə bu canın o, dərmanı.

وصال و هجر او اصلی است دائم رنج و راحت رابجنگ و آشتی مایه‌ست دائم درد و درمان را

Dalaşmaqla salar dərdə, barışmaqla edər dərman,Səadət bəxş edər vəsli, qılar pəjmürdə hicranı.

بلای خلق را رضوان ز خلد اینجا فرستادهستیزه بود پنداری به دل با خلق رضوان را

Sanarsan, xalqa qarşı qəlbdə kin bəsləmiş Rizvan,Behiştdən göndərib xəlqə bəla Rizvan bu cananı.

به کفر ایمان تبه گردد ولیکن رنج مردم رازمانه با دو زلف او بکفر آراست ایمان را

Olarsa küfrdə iyman, fəqət insanlara qarşıQoşa zülfü bəzətmişdir onun küfr ilə iymanı.

دل من چون سپندان است و آن او چو سندانینمی‌دانم که با سندان بود طاقت سپندان را

Mənim qəlbimdi bir xardal, onun qəlbiysə bir zindan,Hanı xardalda o taqət, dözə, yumşalda zindanı?

از آنگاهی که پنهان کرد از من روی پیدا راسرشگ روی زردم کرد پیدا راز پنهان را

O gündən ki, açıq rüxsarını məndən nihan etdi,Üzümdə göz yaşım faş eylədi min sirri-pünhanı,

من آن بت را پرستیدم وزین رو درد و غم دیدمکه هرگز عاقبت نیکو نباشد بت‌پرستان را

Pərəstiş eylədim büt tək ona, dərdü bəla çəkdim,Yəqindir – bütpərəstin pis keçər axırda dövranı,

به نزد بخردان عیب است هرکس را پرستیدنمگر پاکیزه یزدان را و شاهنشاه مملان را

Eyibdir, mərifət əhli pərəstiş etsə bir şəxsə –Ayırsan pak Yəzdan ilə şahənşah Məmlanı.

خداوند خداوندان ابونصر آن کجا یزدانز کین و مهر او کرده است نصرت را و خذلان را

Əbunəsrin, o şahlar şahının qeyziylə mehrindən –Müəyyən eyləmiş Tanrım özü nüsrətlə nisanı.

به سان دجله گرداند به کفِّ راد، هامون رابه سان موم گرداند به تیغ تیز سندان را

Qılıncı zərbəsindən mum kimi parə olur zindan,Səxavətli əliylə döndərər dəryaya səhranı.

پریشان می کند سامان مجموع اعادی راکند مجموع بر احباب سامان پریشان را

Pərişan eyləyər düşmənləri qəhr ilə əl qatsa,Tapar rövnəq əliylə dostların hali-pərişanı.

همه روزه پی سائل گشاده دارد او کف راهمه سال از پی مهمان نهاده دارد او خوان را

Bütün günlər əlində zər, dilənçi axtarar, versin,Açıqdır ilboyunca süfrəsi, var gündə mehmanı.

بدان دارند دربان را دگر شاهان به درگه برکه تا ناخوانده زی ایشان نباشد راه مهمان را

Bu məqsədlə ki, daxil olmasın çağrılmamış bir kəs,Hamı şahlar edər dərbarına məmur dərbanı.

ز بهر آنکه مهمان را سوی ایوان او آردگه و بیگاه دارد شاه بر درگاه دربان را

Bunun dərbarına dərban qoyulmuş ki, qonaq gəlsə,Ona yol göstərə, ta hardadır sultanın eyvanı.

اگر یاری کند یک بار شیطان را و مالک راوگر خصمی کند یک راه حورا را و رضوان را

Əgər xoşluqla bir yol yad edə şeytanı MalikləVə ya düşmən kimi bir an ana Rizvanla huranı,

کند مانندهٔ رضوان خدای از تور مالک راکند ماننده حورا خدای از حسن شیطان را

Xuda nur bəxş edər, Malik olar Rizvan kimi məqbul,Verər zinət, edər huri kimi məhbub şeytanı,

کند شادان به گفتاری هزاران طبع غمگین راکند غمگین به پیکاری هزاران جان شادان را

Onun bir söhbəti min qəlbi eylər qüssədən azad,Onun bir həmləsi qəmdə boğar min təbi-xəndanı.

اگر با خان و با قیصر زمانی کینه‌ور گشتیبکندی قصر قیصر را ببردی خانهٔ خان را

Əgər Xan ilə, Qeysərlə ədavət qəsdi olsaydı,Yıxardı qeysərin qəsrin, qoyub bixaniman Xanı.

اگرچند آل سامان را نبود اندر هنر همتاهم آخر بود سامانی پدیدار آل سامان را

Məsəl var ki, hünərdə olmamış tay ali-Samanə,Fələk axırda bisaman edibdir ali-Samani.

در آب افروختن شاید به نام میر آتش رابر آتش کاشتن شاید بفرّ شاه ریحان را

Əmir əmr etsə, mümkündür, su içrə od alışdırmaq,Onun bəxtilə mümkündür göyərtmək odda reyhanı.

جهان طوفان نگشتی آتش تیغش اگر بودیکه خوردی آتش تیغش به یک روز آب طوفان را

Qılıncından od axsaydı, yəqin ki çovğun olmazdı,Udardı bircə gündə sərt qılınc odda o tufanı.

اگر پیغمبری آید مر او را زود بنمایدبه کف راد معجز را به تیغ تیز برهان را

Verilsəydi ona peyğəmbər adı, heç gecikməzdi,Olardı möcüzü kəskin qılınc, tunc əlsə bürhanı.

بدان معجز کند عاجز دم عیسی مریم رابدین برهان کند حیران کف موسی عمران را

Yədi-beyzası Musanın bu bürhandan qalar heyran,Bu möcüzlə qılar aciz nəfəs çəkməkdə İsanı.

ز بیم و شرم او باشد کنون دیو و پری پنهاناگر فرمان همی‌بردند آنگاهی سلیمان را

Həyadan, qorxudan divlə pəri olmuş bu gün pünhan,O divlər ki, itaətlə əzizlərdi Süleymanı.

اگر یابند از او فرمان که گردند آشکار ایشانبرون آیند طاعت را کمر بندند فرمان را

Təki şahım verə fərman, görünsün bir daha onlar,Edərlər qul kimi xidmət, olarlar bəndə-fərmanı.

چنان بیند فراز خویش کیوان همت او راکه بیند خلق بر گردون فراز خویش کیوان را

Görər Keyvan ki, şahın hümməti yüksək durur ondan,Necə ki, xalq baxdıqda, görər yüksəkdə Keyvanı.

به بزم اندر کند پامال دستش جود حاتم رابرزم اندر برد از یاد جنگ پور دستان را

Qurar məclis, səxavətdə edər də hatəmi batil,Onu meydanda kim görsə, unudar Puri-dəstanı!

همانا لوح محفوظ است پنداری دل پاکشکه در وی ره نبوده‌ست و نباشد هیچ نیسان را

Sanarsan “lövhi-məhfuz”dur onun həssas olan qəlbi,Ləkə yoxdur, ola bilməz, fəsad çulğarsa dünyanı.

همی باشد پرستیدنْش فرض آن مرد دانا راکه می‌باشد پرستنده ز روی صدق، یزدان را

Pərəstiş vacib olmuşdur ona, kimdə ağıl vardır,Sədaqətlə sevən şahı, sevər sidq ilə Yəzdanı.

بود فرمان یزدان و شهنشه مر به هم توامبرد فرمان یزدان کو برد فرمان سلطان را

Bərabərdir xudanın əmrinə hər yerdə şah əmri,Edir həqq əmrini hicra, bilən haqq əmri-sultanı.

الا تا در بهاران گونه‌گون گل‌ها و ریحان‌هابیارایند چون فردوس اعلی باغ و بستان را

Görüm, daim bahar olsun, açılsın rəngbərəng güllər,Bəzək vursun təbiət, cənnət etsin bağı, bostanı.

بود سرسبز چون ریحان رخش بشکفته همچون گلبدست اندر می گلگون که دارد بوی ریحان را

Boyu sərvi-sənubər tək, üzü xəndan qızılgül tək,Əlində mey dolu sağər, gəzə şahım gülüstanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви