سرخ‌گل بشکفت وزو شد باغ و بستان با‌بَهاخلد بگشاده است گویی سوی بستان باب‌ها

Yaz gəlib, açdı qızılgül, gülşənə verdi səfa,Sanki cənnətdən təbiət qapılar açdı bağa.

بید را از باد بالش سرو را از آب کشمرغ را از لاله بستر مرغ را از نم نما

Yel balış oldu söyüdçün, su təravət sərv üçün,Bitkiyə şəbnəm qida, lalə yataq oldu quşa.

شاخ گل گشته دو تا چون عاشقان از بار هجرساخته بلبل بر او چون عاشقان زیر و دو تا

Gül budağı oldu xəm aşiqlərin qəddi kimi,Bülbül aşiqdir deyə, fəryad ilə qondu ona.

گل چو شمع افروخته بلبل بر آن دل‌سوختهگل ز گلبن با نوا شد بلبل از گل با‌نوا

Gül alışdı şəm kimi, yandırdı bülbül bağrını,Gül kolundan atəş aldı, bülbül ol güldən nəva,

سرخ لاله چون به مشگ آگنده جام بهرمانزرد گل همچون زبرجد گشته جفت کهربا

Qırmızı lalə bizimçün mişk tökdü camına,Hər sarı gül bir zəbərcəd üstə oldu kəhrəba.

باغ شد پیروزه‌پوش و شاخ شد بیجاده پاشزر زیور شد زمین و سیم سیما شد سما

Bağ geyib firuzə bir don, şaxələr yaqut səpər,Yer zərü ziba geyib, altun, gümüş saçdı səma.

بوستان چون بزم‌گاه و گل شکفته سرخ و زردهمچو یاقوتین و زرین رطل‌ها از مل ملا

Məclis əlvan bir gülüstan, gül sarı, al-qırmızı,Mey süzülmüş şehdən ol yaqut və altun camlara.

وان دو رویه گل چو روی عاشقان پرخون دلیا که بر زرین ورق‌ها ریخته ابر بکا

İkiüz gül bağrıqan aşiq üzün xatırladar,Ya töküb zərli vərəqlər üstə yaş bir binəva?

پیر وقت گل صبی گردد ز صهبای صبوحچون نسیم آرد ز بستان سوی او باد صبا

Gəncləşər, gül fəsli sübhün camını içsə qoca,Canlanar, gül ətri çatdırsa ona badi-səba.

بلبل اندر فصل گل هر شب نوا آرد همیچون کسی که‌ش جان و دل باشد ز هجر اندر نوا

Gül açanda hər gecə, bülbül edər ahü fəğan,Sanki bir aşiqdir, hicran köksünə vurmuş yara.

من چو بلبل داشتم بسیار فریاد و فغانلیکن آنگاهی که بود آرام جان از من جدا

Mən də bülbül tək çəkib çox ah, fəryad etmişəm,Onda ki, düşmüşdü can arami-canımdan cüda.

در فراق آن نو آیین بت فراوان داشتمچشم جام و اشک باده زار نالیدن نوا

Bir zaman hicran qəmində mən o nazlı dilbərinGöz-qədəh, gözyaşı – mey, fəryadımı etdim nəva.

در وصالش هر زمانی مجلسی سازم کنوننارش از رخ نقلش از لب طیبش از زلف دو تا

Vəslinə çatdım, gərək məclis quram, hər gün o yar,Üzdən od, ləbdən noğul, zülfündən ətr etsin əta.

تا شد آن خورشید خوبان آشنای جان منبا نشاط و ناز شد جان و دل من آشنا

Ol gözəllər padişahı məhrəm olcaq canıma,Oldu canım naz ilə, könlüm fərəhlə aşina.

آن چراغ جان و دل محراب خوبان چگلزد لبش جان را چرا خود نیش بی چون و چرا

Can ilə qəlbə çıraq, dilbərlərin mehrabı – ox,Sorğusuz vurdu ləbindən odlu neştər canıma.

گِرد بادام اندرش دو رسته تیر خدنگزیر یاقوت اندرش دو رشته دُر بابها

Dövrəsində iki cərgə ox durur badamının,Yaqut altında iki səf dürrü düzmüş yan-yana.

پیش موی او ظلم همچون ضیا پیش ظلمپیش روی او ضیا همچون ظلم پیش ضیا

Nur onun hüsnü önündə zülməti xatırladır,Saçlarının qarşısında zülmət olmuşdur ziya.

او سزای ما به صحبت ما سزای او به مهرمهر ورزیدن صواب آید سزا را با سزا

O bizə söhbətlə layiq, biz məhəbbətlə ona,Layiqə layiqlik ilə eylərik borcu əda.

تا جهان باشد نباشد جان من بی مهر اوتا زمین باشد نباشد چهر او بی چشم ما

Hər qədər dünya durursa, mehri məndən dönməsin,Təndə can varkən, gözümdən getməsin o məhliqa.

عیش ما زو خوش بسان دین از آیین ملکجان ما زو تازه همچون دین ز داد پادشا

Din dövlətdən olan tək, xoşdur ondan ömrümüz,Canımız ondan tapar, din şahın ədlindən səfa.

خسرو ایران و خورشید دلیران بوالخلیلچون خلیل و چون سلیمان پادشاه و پارسا

Xosrovi-İran igidlər iftixarı Büi-Xəlil,Padişahlıqda Süleymandır, Xəlil tək parisa.

در زی او بی محل دینار زی او بی خطربخشش او بی تکلف دانش او بی خطا

Sadə ömr eylər, cahan altun ola, qoymaz məhəl,Bəxşişində yox onun əndazə, fikrində xəta.

عقل او نفی عقیله فضل او دفع فضولطبع او خالی ز طمع و رای او دور از ریا

Ağlı məddahı, onun fəzli füzuli rədd edər,Təbi xalidir tamahdan, sözlərində yox riya.

بیم از آن کو مذهب منسوخ باشد خلق راهیچ شاهی نیست بخشنده حصیر و بوریا

Qorxuram ki, məzhəbindən xalq bütün üz döndərə.Həm rəiyyət, həm də ümmət tək edə beyət ona.

مهر او مهر سعادت کین او کان غضبعدل او جفت سخاوت عهد او یار وفا

Mehridir mehri-səadət, kinidir kani-qəzəb,Ədlidir eyni-səxavət əhdidir rəmzi-vəfa.

بخل ازو گیرد فساد و جود ازو گیرد صلاحمال ازو گیرد کساد و مدح ازو گیرد روا

Sarsılar ondan simiclik, ver ələ olmuş həyan,Mal gözündə heç nədir, tərifə etməz etina.

روی او خورشید رامش لفظ او ماه طربرای او دریای دانش دست او ابر سخا

Məclis içrə bir günəşdir, hər sözü şənlikdə Ay,Rəyi elm ümmanıdır, bəxşiş əli seyli-səxa.

ز‌آب جود او بگردد آسیا در بادیهزاب تیغ او بگردد در بهامون آسیا

Bəxşişi su olsa, səhrada dəyirman işlədər,Çəksə meydanda qılınc, vadini qərq eylər qana,

راست چون تدبیر گردون‌ست تدبیر‌ش صوابراست چون فرمان یزدان‌ست فرمانش روا

Gördüyü hər yaxşı tədbiri fələk tədbiridir,Tanrının fərmanı tək baxmaq gərək fərmanına.

تا درم دارد ندارد جز به بخشیدن هوستا عدو دارد ندارد جز به کوشیدن هوا

Xəznəsində varsa altun, cəhd edə bəxşiş verə,Qarşısında varsa düşmən, can atar çarpışmağa.

گر هوا را حلم او خوانی شود همچون زمینور زمین را طبع او گویی شود همچون هوا

Təbinə yer söyləsən, torpaq səmaya yüksələr,Helminə göydür desən, istər yerə ensin səma.

شور‌بخت آنکس بود کاو شاه را جوید خلافبختیار آن‌کس بود کاو شاه را جوید رضا

Dəhrdə bədbəxt o kəsdir ki, şaha bədxah olur,Bəxtəvər ol kimsədir ki, xeyirxah olmuş şaha.

هرکه دارد ذکر کین او نیابد زو گریزهرکه گیرد راه جنگ او نگردد زو رها

Qurtuluş tapmaz cahanda, kim ona kin bəsləsə,Qurtara bilməz əlindən, kim onunla çarpışa.

پیش روی او بسان ذره گردد آفتابپیش تیغ او بسان مور باشد اژدها

Nurlu rüxsarıyla nisbətdə günəş bir zərrədir,Bir qarışqadır qılıncı qarşısında əjdaha.

لاف‌زن خواهد که آرد در برش کردار خوبخوی خوب شاه بس کردار خوبش را گوا

Xoşzəban istər ona yaxşı işindən bəhs aça,Yaxşı bu işlər doğar xoş xasiyyətdən bərməla.

فضل و فر او فراوان جد و جود او بزرگسالش اندک زاد خرد این است فعل کیمیا

Fəzli yüksək, fərri hədsizdir, səxası çox böyük,Sinni az, ağlı – düha, keyfiyyətisə – kimya.

همّت عالی‌ش بر گردون بد آنجایی رسیدکاندر او ابدال نتواند رسیدن با دعا

Hümməti şahın fələkdə bir yerə yüksəldi ki,Yüksələ bilməz ora abdal, yüz il etsə dua.

چون نیای او ملک هرگز نبود اندر جهاناو به پوشیدن نیاز خلق بگذشت از نیا

Cəddinin misli cahanda bəllidir, şah olmamış,Xəlçə yardımda bu öz cəddini qoydu arxada.

رنج‌ها بی‌خدمت او سر بسر باشد هدرلفظ‌ها بی‌مدحت او سر بسر باشد هبا

İş ona xidmət deyilsə, ləğvdir başdan-başa,Söz onun vəsfi deyilsə, məncə, dəyməz yazmağa.

دشمنان را هست خشم و کین و جنگش روز و شبرنج بی راحت بد بی نیک و درد بی دوا

Kin-küdurət bəsləyər daim ona düşmənləri,Bu səmərsiz səylər bir dərd olub, tapmaz dəva.

دوستان را هست مهر و مدح جودش سال و ماهکام بی دام و رجا بی خوف و راحت بی عنا

İlboyu mehrü məhəbbət dostlarına vird olub,Ehtiyatsız, qorxusuz onlar hamı çatmış kama.

چون سخن گوید جهان از مهر او گردد جوانچون قدح گیرد بهار از چهر او گیرد بها

Şah söz söylərsə, mehrindən olar dünya cavan,Mey içərsə, çöhrəsindən gül düşər qısqanclığa.

میر بی ثانی است اندر دانش و فرهنگ و جودباشد آسان گفتن اندر میر بی ثانی ثنا

Bu əmirin yox səxavət, elmü ürfanda tayı,Misli yox bir şah üçün asan deyil yazmaq səna.

در بقای او است باقی عدل و فضل اندر جهانتا جهان باقی بود بادش به پیروزی بقا

Varlığıyla ədlü fəzl olmuş cahanda bərqərar,Nə qədər dünya durur, çıxsın zəfərlər uğruna.

روی زرد سائلان چون لاله گرداند به لفظزانکه در لفظش نگنجید و نگنجد نی و لا

Laləyə döndərdi bir sözlə saralmış üzləri,“Yox” sözü saillərə çıxmaz dilindən mütləqa!

تا ستم هرگز نخواهد خویشتن را مستمندتا بلا هرگز نخواهد خویشتن را مبتلا

Heç zaman məzlumlara zülm olmasın qismət deyə,Olmasın heç vaxt bəlakeşlər bəlaya mübtəla!

دشمنانش را مبادا جان زمانی بی ستمحاسدانش را مبادا تن زمانی بی بلا

Zülmdən bir an da rahət olmasın düşmənləri,Həmdəm olsun canına bədxahlarının min bəla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе