Qara pul
Dolanım başına, ey gözləri məstan, qara pul,Nə əziz eylədi səni xaliqi-Sübhan, qara pul.
Hər kimin kisəsinə sən girəsən, şad olacaq,Biləcəkdir özünü Xosrov-xaqan, qara pul.
Nə qədər çay ilə qənd ilə dolu idi evimiz,Hər iki gündə dolardı evə mehman, qara pul.
Taki qurtuldu şəkərçay, tükəndi yeksər,Düşdü yar ilə bizim arayə hicran, qara pul.
Dedim: ey dost-əhbab, bizə heç gəlmirsiz?Dedilər: get hələ sən, kəsb elə, qazan qara pul.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-qara-pul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey Qəməndat şəkli cümlə əmir və əyan,Yox imiş gerçəyi aslan təki bir yaxşıca xan.
PətərburqXuda yaradanda qamu cahanı,Hamıdan xoş nişan düşdü Pətərburq.
Kərayli: Bir bağda bülbül olmasaBir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,