Təbrizin
Gör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,Zində olan çox dəlisi var Təbrizin,Fitnəsi çoxdur, fe'li var Təbrizin.
Təbriz özü cənnət rizvan kimi,Adamları huri qılman kimi,
Mirzaları divan edir xan kimi,Vəsfə gəlməz vəsfi-halı Təbrizin.
Təbrizə tay olsa olur İsfahan,Səfahana deyiblər nisfi-cahan,Göz dikibdir Təbrizə gəl Aran,Şamaxı tək bol eli var Təbrizin.
Gələk gedək xan bağına lalaya,Xanın qızı getdi bizi naləyə,Qurban olum onun kimi baləyə,Bağında hayva-huli var Təbrizin.
Lutiləri təlim edir qoçlara,Uşaqları dil öyrədir quşlara,Pəncərələr baxır dağa, daşlara,Şir-şir axan çay seyli var Təbrizin.
Təbrizin dörd dövrəsi dağ-meşədi,İçində ki bəgdi, xandı, paşadı,Səkkiz min məhəllə, dörd min küçədi,Gör bazarı düz yolu var Təbrizin.
Çayları var Kür kimi, Araz kimi,Tutiləri ördək ilən qaz kimi,Rəngi yaşıl, gərdəni şahbaz kimi,Qənd kimidir sözü dili Təbrizin.
Pəhləvanlar kisvət geyir saxlanır,Bazarkanlar bazarlarda əylənir,Üç yüz altmış qatır birdən yüklənir,Hind-Rumə gedir malı Təbrizin.
Göz dikibdir Təbrizə rus və firəng,Çoxları çəkmiş bura top və tüfəng,Qanlar axıb çöllər olub rəng-bərəng,Laləli dağı çölü var Təbrizin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-tebrizin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
دریوزه فروغ ز شمس و قمر مکن
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.