Zərafətim var
Qurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,Qulluğunda sənin oldum şərmsar,Günahkaram, hədsiz nədamətim var.
Dolanım başına, gözəllər şahı,Aşiqlərə qılma sən tünd nigahı,Lütf ilə əta qıl, tutdum günahı,Kəmtər qulamınam, zəlalətim var.
Məzur tut sözüm, ey şux dildar,Əcixlanıb mənə çox vermə azar,Bu sirrə agah olmamış əğyar,Əfv et təqsirim, bəşaşətim var.
Mən biçarədən olma biganə,Nə bilər sözünü mən tək divanə,Divanəyəm, amma işim mərdanə,Gər bilsən əhvalım, diyanətim var.
Şahların qulluğunda böyük kədxuda,Vəzir-vüzəra olurlar gəda,Olmaz bir nədim belə xoş ada,Gustaxam, yanında zərafətim var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-zerafetim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение