Əcayib şahbazsan, əcəb sonasan,Uşaq-u balına mayılam mayıl,Gözəllər içində huri-mələksən,Günəş cəmalına mayılam mayıl.

Əcəb nazənin sən, əcəb dilbərsən,Dişi sədəf, dodaqları şəkərsən,Səhərdən açılmış bir gül tərsən,Əqlinə kamalına mayılam mayıl.

Əcayib sultansan, sahib dövransan,İzzətdə şəfqətdə şahi-cahansan,Dürr-ü cəvahirsən, gövhər kansan,Yaqut ləlinə mayılam mayıl.

Əcəb danışan, şirin dilli sən,Əcəb siyah tellisən, incə bellisən,Xublar arasında adı bəllisən,Şirin məqalına mayılam mayıl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов