Bulaq başında tərlan tək durmuş,Yolçunu yoldan eylər bu gəlin,Qaldır yaylığı bir üzün görüm,Yolçunu yoldan eylər bu gəlin.

Bunun əsli fəriştə ya pəridir,Bir ah çəksəm dağı daşı əridir,

Göydən enən bəlkə kiçik huridir,Yolçunu yoldan eylər bu gəlin.

Dodaqları şirin eylər söhbəti,Üzün görmək iki dünya ləzzəti,Surəti göstərir bağ cənnəti,Yolçunu yoldan eylər bu gəlin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов