Pul
Yarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
Çox tacir oğlu tacirı həmmal eyləyib,Vermiş qapan dibində dalına palanı pul.
Həm Badkubə şəhərini abad eyləyib,Bir növlən ki şərhə yetişməz bəyanı pul.
Bir kərpicin qızıl eyləyibdir, birin gümüş,Şəddad qəsrinə eyləyib anı sani pul.
Məşhuri-ruzigar eyləyibdir (Nəqi Oufi),Məruf-i-əsr hacəti Hacı Ağanı pul.
Ki bir zaman pəşəni manənd-i-fil edər,Ki bir qar nicatın eyləyər əjdahanı pul.
Eylər onun cibində eyvində məkanı pul,Hər yerdə mümsik olsa onu axtarıb tapar.
Yer cövhəri verib Bakıya neft cövhəri,Baqqalları hesab eyləmir milyonu pul.
Çox aşikarə eyblərə pərdələr çəkib,Zahir eyləyibdi bir para sirri-nihanı pul.
Etdi kaman kimi nə qədər sərv qaməti,Döndərdi sərvə bir para qədi-kamanı pul.
Yer işlərin təmam qılıbdır yavaş-yavaş,İstər ki asimanə qoya nərdivanı pul.
Gahi uşaqlıq eybini bilmərrə məhv edib,Ortalığa çəkibdi filan və filanı pul.
İranda bir gədabəçəni xan eyləyir,Gahi edir rəiyyətə xanı pul.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-pul
Клавиши ← → для перехода, R — случайное стихотворение