Könül, çox ah-u zar etmə,Yetirdin canə sən məni,Yarı gör, arzuman getmə,Etmə divanə sən məni.

Yetən mahvəşlərə baxma,Abi-rəvan kimi axma,Kabab bağrım közə yaxma,Salma əfqanə sən məni.

Axar yaşım girəbanə,Tökülüb doldu ümmanə,Bağışla indi Sübhanə,Şahmərdanə sən məni.

Nə gündür eşqə yanmazsan,Cəfadən heç usanmazsan,Nəsihətə inanmazsan,Salursan qanə sən məni.

Qul ol hər çeşmi-xumarə,Xali-hindu sitəmkarə,Dərdim artdı vara-vara,Yetər dərmanə sən məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов