Əla, ey münisi-dirinə, qazı,Yetibdir sən, kər, sittinə, qazı.

Keçirdik iki cümə günlərini,Tutubsan bizim ilən kinə, qazı.

Oxudarım, bilərsənmi görəndə,Sənə vəl-fəcrini tərsinə, qazı.

Sanırsız, çinə yoxdur çün bu yerdə,Gəzər quş qanda olsa çinə, qazı.

Məgər heç çıxmıyorsuz bistər üstə,Girib sizin hücrənin gəncinə, qazı.

Sizin üçün qazılıqdan qalmayıb nəf',Tikibsiz göz məgər kəbinə, qazı.

Yavaş-yavaş edərsiz dəst-dirazi,İşitdim ki, şahın gəncinə, qazı.

Bu hədyanı eşitsə, Molla Şənbə,Qulaq as, onda gəl təhsinə, qazı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов