Gəraylı: Ey saqi, dolana-dolana
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,Göy üzünü aldı bulud,Mahı dolana-dolana
Kimi bəkdir, kimi qazı,Haqq olsun andan razı,Səhər vaxtı qıl namazı,Təsbih dolana-dolana
Kimi bəkdir, kimi paşa,Yoldan çıxan uğrar daşa,Bülbül gəzər quşa-quşa,Bağı dolana-dolana
Kimi bəkdir, kimi ağa,Yoldan çıxan uğrar dağa,Ovçu gəzər ovlar buğa,Dağı dolana-dolana
Qaracaoğlan görək nitdi,Xanimanın tərkin etdi,Növbət gəldi sizə yetdi,Sağı dolana-dolana
Kitabxana.az · https://kitabxana.az/ru/works/qaracaoglan-gerayli-ey-saqi-dolana-dolana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Ana, Mövlam mənə buta veribdiAğalar ağası, ağalar xası,Ana, Mövlam mənə buta veribdi.
DostumMənə dost demədi dostum bircə yol,Nə də gətirmədi çoxlu hədiyyə.
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.