Sevmişəm
(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,Ala gözlərinə mail olmuşam,Üzündəki xətt-u xalı sevmişəm.
Əyrilikdə qaşı oxşar kamana,Kirpikləri bənzər tiri-sinanə,Sad-parə cismimi eyləyib nişanə,Üçdallı oxtallı sevmişəm.
Qaralıqda bənzər turrəsi şama,Könlümün quşunu salıbdır dama,Mən döndüm Bəhramə, o gül əndama,O səbəbdən bu qəzalı sevmişəm.
Ləbi meykun cəmalıdır meyxanə,Qaşı yayı gözləridir peymanə,Bir adı mey, birisidir (Məstanə),Adından olmuşam halı sevmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-sevmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение