Yeri Vəzir qarğamışam,Haqq işini bitirməsin,Göydən min bir bəla ensə,Birin səndən ötürməsin.

Birdən olasan naçaq,Gözlərinə batsın piçaq,Elin olsun səndən qaçaq,Əkdiyin bar gətirməsin.

Bərk nəzlə ensin başına,Sonra tökülsün dişinə,Gələn tüpürsün nəşinə,Molla görsə götürməsin,Məhlə-kənddə it hürməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов