Ağdaş elində, Şəki mahalında,Sənin təki gözəl azdı, bəxtəvər,Gecə-gündüz peşəm oldu ağlamaq,Sanasan bahardı, yazdı, bəxtəvər.

Ənbər yoxmuş qurım-qurım mollara,Sinəsindən oxşatmışam qollara,Səhər-səhər çimər soyuq sulara,Elə bil orda gədi qazdı, bəxtəvər.

Kəklik kimi dal qayadan uçarlar,Cənnət narı kimi pistan açarlar,Tanrı qonağıyam, məndən qaçarlar,Kimlər sizə halım yazdı, bəxtəvər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов