Növrəstə Cavadım,Güldəstə Cavadım,Heyf olsun ki getdin sən,Ey xəstə Cavadım.

Qaldı bədövün cərgə düzülmüş, başı bağlı,Üstü bəzənən xələtin əsbabı yaraqlı,Hərdəm yolunu gözlər atın oxlu sadaqlı,Peykanlı Cavadım,Saf qanlı Cavadım,Çıxdın necə tez sandan,Ey sanlı Cavadım.

Divanxanana baxıb qulların ağlar,Qapıda əli bağlı durub ellərin ağlar,Bülbülün oxur bağda, qızıl güllərin ağlar,Hörmətli Cavadım,Mürvətli Cavadım,Həsrətlə yuman gözlərin,Həsrətli Cavadım.

Gülzarına, aranına, yaylağına qurban,Kaşanəsi viranə, boş otağına qurban,Getdin, ay oğul, necə dözüm dağına qurban,Həmmətli Cavadım,Qeyrətli Cavadım,Qayıt geriyə, qapılanım,Sövlətli Cavadım.

Yayınma gözümdən, dinim-imanım, oğul, vay,Fikrim-xəyalım, təndə şirin canım, oğul, vay,Dərdini çəkən ellər ilən yanım, oğul, vay,Heybətli Cavadım,Qüdrətli Cavadım,Gəl etmə fəramuş məni,İzzətli Cavadım.

Məni gözü yaşlı qoyub ataya gedirsən,Yəni bu fənadən köçüb üqbaya gedirsən,Xeyirə dönə, oğlum, yolun hər cayə gedirsən,Kamallı Cavadım,Zəvallı Cavadım,Toyu yasa dönən,Qara iqballı Cavadım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов