Bəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.Bunu istər hamı cism və hamı can və hamı ləblər, hamı ğəbğəb.Necə tərif eyliyim çayi-Xətanı? Bu namən cism deyim, canmı deyim, təamına şəkərmi deyim, ətrinə ənbərmi deyim, nemət-sübuh deyim, cismlərə ruh deyim, rənginə bax, ətrinə bax, ləzzətinə, vəcdinə, vəhdətinə, söhbətinə, ülfətinə bircə dürüst mültəfit ol, göründü mətləb.Gənə heyfim gəlir, bu çayı içir bir para nadan, ulağ anlamayıb dəhrdə heç şor nədir, şorba nədir fərq qoyar.Çayla ayrana soruşsan deyər: artıxdı o ayran. O heyvan, o nadan kənə nəxəncikçi olur çay içənin çayına.Bu zülmdü, bu çay içənə eylər o qanmaz, otanmaz, biheyaya nəzər et, gör nə pis adamdı həqiqətdə mülqəb.Qulaq as, ərz eyliyim, gör bu samovarda necə hüsn və həm ləzzət, həm işrətvar: əvvəl səsdi ki, ona su tökəsən, od salasan, ta oxuya cümlə məqamatı təmam eyləyə, həm bülbül ola lal.Yuyub podnosu pak eyliyibən, stəkanın nəlbəkisin həm siləsən, həm düzəsən, yolduza bənzər, zehi xoştər!Qaşığı dəst ilə yeksər, aralıqda ola qənddən şəkər, doldurasan stəkana çay, tökəsən ki içəsən, gah baxasan tərəfə, müsahibə, o dəm əylişəsən, nəşəli söhbət eyləyəsən, eşq ilə, məhəbbətlə, müvəddətlə verə əqlə səfa, ruha ziya, ola müəddəb.Vəli naçaram, özüm pul yox, alam bircə samovar, ürəyim çox əcəb istər, ola evimizə zivər.İndi Qara Aftafada qaynadıram su, edir çayımı bəd.Bu qərarla budu baisi, nə qədər çox da qazansam, alur çay əlimdən, əlimi uzdi eylərəm, çəkirəm ah dilimdən, kənə borcu düşübən eyləmişəm məskəni çöllər, tələbkar gəlir eylər könlüm, vətən istər, iki aləmdə kənə dərdinə bu ğəm didənin ümidi o Mövlayi-cahana, verə bir kərinə rövnəq, kənara çıxa zövrəq, edə işrətə mülhəq.Əsədullah, Yədullah, Əlini çağırır dadına yet hər səhər və şəb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви